Muğanbankin maliyyə vəziyyəti məlum oldu…


Digərləri 01 İyn 2020 18:15:00 163 0

Muğanbankin maliyyə vəziyyəti məlum oldu…

"Muğanbank" ASC-də 2019-cu ilin nəticələri üzrə audit başa çatmışdır. Beynəlxalq Standartlar əsasında hazırlanmlş bankın maliyyə hesabatları "Baker Tilly Audit Azərbaycan" QSC tərəfindən audit edilmişdir.

Bankın maliyyə göstəricilərinə istinadən, 2019-cu ildə "Muğanbank" ASC-nin cəmi faiz gəlirləri 2018-ci il ilə müqayisədə azalsa da, komissiya gəlirləri 2 milyon 902 min manat və ya 24% artaraq, 15 milyon 49 min manat təşkil etmişdir. Faiz gəlirlərinin azalması Bankın kreditləşmə siyasətinin istehlak seqmentindən koprortiv seqmentə keçid etməsindən qaynaqlanır.

Eyni zamanda, 2019-cu ildə "Muğanbank" ASC-nin cəmi faiz və komissiya xərcləri 2018-ci il ilə müqayisədə 1 milyon 156 min manat və ya 3.8% artaraq, 31 milyon 229 min manat təşkil etmişdir. Komissiya xərclərinin artması nostro hesablarına görə artan xidmət haqqları səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ötən ildə bank problemli kreditlər üzrə ehtiyyatların yaradılması zamanı daha konservativ siyasət seçərək, bu kreditlər üzrə maksimum ehtiyyat yaratmışdır. Bu bir tərəfdən kredit portfelinin sağlamlaşdırılmasını təmin etsədə, digər tərəfdən bankın maliyyə göstəricilərinə təsir etmişdir ki, nəticədə bank 2019-cu ili 27 milyon 752 min manat zərərlə başa vurmuşdur.

"Muğanbank" ASC-nin nağd pul və pul vəsaitləri keçən il ilə müqayisədə 56 milyon 321 min manat və ya 105% artaraq 109 milyon 722 min manat təşkil etmişdir ki, bu da Bankın müəyyən qədər likvid vəsaitlərinin olmasını, eləcə də öhdəliklərinin vaxtında qarşılaya bilməsinin göstəricisidir.

Bankın yekun aktivləri 2018-ci il ilə müqayisədə 15.02% artaraq, 604 milyon 162 min manat təşkil etmişdir.

BANK BÖYÜYÜB, KƏND TƏSƏRRÜFATINA VƏ İNŞAAT SEKTORUNA VERİLƏN KREDİTLƏR ARTIB