Heyvanları öldürənlər cinayət məsuliyyətinə cəlb edilsinlər


Digərləri 01 İyn 2020 18:34:00 173 0

Heyvanları öldürənlər cinayət məsuliyyətinə cəlb edilsinlər

Videoda gördüyünüz o itlərdir ki, sahibləri tərəfindən döyüşlərə, davalara cəlb olunub, bir-birinə ölümcül xəsarət yetirilənə qədər döyüşdürülüb. Hazırda onlar İDEA İB-nin sığınacağında və nəzarət altındadırlar.

Son.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Fərid Mansurov - QHT rəhbəri: "Hazırda burada bizim xilas etdiyimiz 14 pitbul var. Bu itlər insana qarşı son dərəcə mehribandı. Lakin digər itlərə qarşı dözümləri yoxdur. Onları öz şikarları kimi görürlər".

Elə bu amil də, onların it qumarına cəlb olunması üçün zəmin yaradır. Tarixi "ənənə"lərdən olan it davaları, sonradan maddi maraqlar üzərində qurulmağa başlayıb. Lakin dünya miqyasında heyvan hüquqları ilə bağlı qərarların qəbulu bu doyüşləri qeyri-leqal formaya keçirdi. Hazırda Azərbaycanda belə döyüşləri təşkil edənlər inzibati cəzaya cəlb edilir.

Fərhad Kazımov - Hüquqşünas: "Bu, CM-nin 274-cü maddəsi ilə tənzimlənir. Rəftar etmə, şikəst etmə, o cümlədən tələf edilməsinə görə, 500 manat cərimə nəzərdə tutulur. Həmin şəxs tərəfindən o məbləğ tam ödənilməlidir".

Amma heyvansevərlər bu cəzanın yünğul olduğu qənaətindədirlər. Onların fikrincə, istənilən heyvanla pis rəftara görə daha ağır cəza verilməlidir.

Fərid Mansurov - QHT rəhbəri: "Heyvanlara qarşı amansız rəftara görə, cinayət məsuliyyəti nəzərdə tutulsun, bu barədə CM-nə əlavələr edilsin və konkret olaraq hansısa heyvana əziyyət verən, hevanları öldürən, onlardan qazanc əldə edənlər cinayət məsuliyyətinə cəlb edilsin".