“Məni termos Nadir kimi tanıyırlar”


Şou-biznes 01 İyn 2020 18:39:00 161 0

“Məni termos Nadir kimi tanıyırlar”

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı ifaçı Nadir Qafarzadə olub. Son.az bildirir ki, sənətçi özü ilə bağlı maraqlı açıqlamalar edib: "5 litrlik elektrikli termosum var. Hansı toy məclisinə getsəm, özümlə aparıram. Şadlıq evlərində məni termoslu Nadir kimi tanıyırlar. Öz fincanım, çayım, balım, qəndim yanımda olur. Rahatam ki, bu yanımdadır, özüm süzüb, özüm içirəm. Çünki orada kimin, haradan, hansı formada mənə çay gətirəcəyini bilmirəm. Ona görə də belə edirəm".