AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 164 milyon dollar qazanıb


İqtisadiyyat 01 İyn 2020 16:34:15 155 0

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 164 milyon dollar qazanıb

​AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 164 milyon dollar qazanıb

2019-cu ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edilib, bununla bağlı illik investisiya proqramının əsas istiqaməti gəlirliliyin konservativ maksimallaşdırılması olub.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə AMB-nin valyuta ehtiyatları ABŞ dolları, avro və ingilis funt sterlinqində, likvid və yüksək keyfiyyətli dövlət və korporativ borc öhdəliklərinə investisiya edilməklə idarə olunub. Hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 91%-i ABŞ dollarında, 4%-i avroda, 2%-i funt sterlinqdə, 3%-i isə SDRdə (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb.

Hesabat dövründə AMB-nin valyuta ehtiyatları 629 milyon ABŞ dolları artaraq dövrün sonuna 6,3 milyard ABŞ dolları təşkil edib Valyuta aktivlərinin idarə edilməsindən 163,9 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.