Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib


Digərləri 01 İyn 2020 15:22:00 155 0

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və "XimPar" şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan "Avifair" preparatı Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.

"Preparatın ticarət markası "Avifair" adlanır. Yeni preparatın Beynəlxalq qaydalar üzrə kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə "Favipiravir" kimi qeydiyyatdan keçib", - dərman vasitələrinin dövlət reyestrində bildirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Favipiravir" preparatının RF-də satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi. Hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.