"Renault"un 8 minədək işçisi nümayiş keçirib


Dünya 01 İyn 2020 15:55:00 145 0

"Renault"un 8 minədək işçisi nümayiş keçirib

Fransada "Renault" avtomobil zavodunun 8 minədək işçisi nümayiş keçirib. Dövlətin stimullaşdırma planı çərçivəsində 5 milyard avro yardımına baxmayaraq, "Renault" 15 min işçisini ixtisar edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Renault" avtomobil zavodu 3 il ərzində 2 milyard avro qənaət planı çərçivəsində dünyada 15 min, Fransada isə 4600 iş yerinin itirildiyini təsdiqləyib.

COVID-19 virusuna yoluxmaq təhlükəsi zavodun bağlanmasına etiraz olaraq 8 minədək işçinin nümayiş keçirməsinə mane olmayıb.

"Renault"un ən böyük səhmdarı olan Fransa dövlətinin (15 faiz) zavodu xilas etmək cəhdləri müsbət nəticə verməyib. Zavodun 2019-cu ildən çətinlikdə olduğu bildirilib.