“Arı dilimdən sancdı”


Şou-biznes 01 İyn 2020 15:49:00 149 0

“Arı dilimdən sancdı”

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Emma Ələkbərzadə olub. Son.az bildirir ki, müğənni uşaqlığı ilə bağlı maraqlı xatirəsindən danışıb: "Uşaqlığımız çox gözəl keçib. Mənim atam, anam, nənələrim, babalarım bizə ən gözəl uşaqlıq bəxş ediblər. Hansı kəndə, rayona aparırdılarsa, nənəmlə orada qalırdım. Anadan yapışan uşaq olmamışam.

Kənddə atamın maşınında oturmuşdum. Seva ilə oynayırdıq. Maşının da pəncərəsi açıq idi. Mən də Sevdaya dil çıxaranda arı gəlib düz dilimdən sancdı. Məndən bir qışqırıq çıxdı ki...".