Bekhem villasından qaçmaq üçün yeraltı keçid tikdirir


Digərləri 01 İyn 2020 14:16:00 130 0

Bekhem villasından qaçmaq üçün yeraltı keçid tikdirir

Dünyaca məşhur cütlük Devid və Viktoriya Bekhem İngiltərənin Kotsvolds bölgəsindəki villasına yeraltı tunel inşa etdirir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar bu plan çərçivəsində mənzillə qaraj arasında yeraltı keçid, şərab anbarı və təhlükəsizlik klubu tikdirmək niyyətindədir. Məlumata əsasən, Bekhem ailəsi bununla bağlı rəsmi qurumlara müraciət edib.

"Mirror" qəzeti yazır ki, əslində, ailə oğru qorxusu səbəbindən malikanələrindən qaçış üçün tunel çəkdirir.

Onlar futbolçu Dele Allinin evinə bıçaqlı hücum və Robbi Uilyamsın malikanəsinə edilən basqından sonra bu qərara gəliblər.