Sumqayıtda 30 yaşlı oğlan özünü 9cu mərtəbədən atdı


Digərləri 01 İyn 2020 14:26:38 174 0

Sumqayıtda 30 yaşlı oğlan özünü 9cu mərtəbədən atdı

Sumqayıtda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumat görə, 30 yaşlı S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.