Vaşinqtonda etirazlar zamanı ABŞ Məxfi xidmətinin 50dən çox əməkdaşı xəsarət alıb


Dünya 01 İyn 2020 14:43:00 255 0

Vaşinqtonda etirazlar zamanı ABŞ Məxfi xidmətinin 50dən çox əməkdaşı xəsarət alıb

ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı Məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qurumunun yüksək vəzifəli məmuru bildirib.

Onun sözlərinə görə, etirazçılar təhlükəsizlik qüvvələrinin üzərinə Molotov kokteylləri atıblar.

Etiraz aksiyasının qarşısının alınması üçün Məxfi xidmətlə yanaşı, federal marşallar, narkotiklə mübarizə idarəsinin əməkdaşları və Milli Qvardiya cəlb olunub.