Hindistanda aramsız leysan 43 nəfərin ölümünə səbəb oldu


Dünya 01 İyn 2020 14:49:00 157 0

Hindistanda aramsız leysan 43 nəfərin ölümünə səbəb oldu

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında yağan aramsız leysan ciddi fəsadlara səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində azı 43 nəfər həlak olub.

Bundan başqa, leysan və daşqınlar infrastruktura ciddi ziyan vurub.

Hidrometeoroloqlar leysanın bu gün ərzində də davam edəcəyini proqnozlaşdırır.