İmtahanlarda açıq sualların sayı iki dəfə azaldılacaq


Digərləri 01 İyn 2020 14:10:00 152 0

İmtahanlarda açıq sualların sayı iki dəfə azaldılacaq

İmtahanlarda açıq sualların sayı iki dəfə azaldılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötənilki imtahanda belə sualların sayı 24 idi: "Bu il isə 12 açıq sual olacaq. Bu da bir növ imtahanların formatını sadələşdirməkdir. Ötən illərin təcrübəsindən də görürük ki, abituriyentlər üçün əsas çətinlik açıq sualların cavablandırılması ilə bağlıdır. Bu, xüsusilə riyaziyyat, ana dili və xarici dil fənləri ilə bağlıdır".