"Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər"


Digərləri 01 İyn 2020 13:48:00 193 0

"Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər"

Uşaqlar dünyanın sevinci, ən dəyərli varlıqlarıdırlar. Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Bu baxımdan bu gün uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Unutmayaq ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin , biz böyüklərin öhdəliyindədir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağı olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar:

"Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini, birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi və bu ailənin sevinci elə mənim sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır.

Bu fikirləri söyləyən Ulu öndərimiz Heydər Əliyevin bütün həyatı boyu uşaqlardan öz sevincini əsirgəmədi, onların gələcəyini təmin edən mühüm əhəmiyyətli fərman və sərəncamlara imza atdı, onların uğuruna sevindi, onlarla birgə keçirdiyi anları həyatının ən xoşbəxt məqamı olduğunu dilə gətirdi. Dahi şəxsiyyətin sabahımız olan uşaq lara göstərdiyi diqqət və qayğı bu gün onun layiqli davamçısı, dövlət basçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət səviyyəsində uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Azərbaycan uşaqların maraqlarının qorunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb. BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında" qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.