Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı 75-ə çatıb


Siyasət 01 İyn 2020 13:19:23 159 0

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə COVID-19-a yoluxanların sayı 75-ə çatıb

“Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.

“Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunuGürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, kənddə 1 135 nəfərdən bioloji nümunə götürülüb və onların 75-i pozitiv çıxıb: “Gürcüstanda koronavirusla bağlı ən “qaynar nöqtə” Muşevani kəndidir. Virusa yoluxanların hamısı tibb müəssisələrinə çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir, bəziləri artıq sağalıb. Eyni zamanda 60-a yaxın kənd sakini karantindədir”.

Qeyd edək ki, 250 ailənin yaşadığı Muşevani kəndində aprelin 25-dən sərt karantin rejimi tətbiq olunur.