DİM: Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək


Digərləri 01 İyn 2020 12:11:00 135 0

DİM: Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək

Üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, amma indi ali məktəblərə qəbul olmaq istəyənlər mütləq şəkildə iyunda keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər:

"Onlar bu imtahanı verməlidirlər ki, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə bilsinlər, amma ali məktəbə qəbul olmaq istəyənlər sentyabrda da imtahan verə bilər".