Vətəndaşları COVID19 haqda ən son məlumatlarla təmin edəcək "WhatsApp" botunu istifadəyə verildi


Digərləri 01 İyn 2020 12:20:00 121 0

Vətəndaşları COVID19 haqda ən son məlumatlarla təmin edəcək "WhatsApp" botunu istifadəyə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün WhatsApp botunu istifadəyə verdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, "TABIB bot" eyni anda 1 milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə bilər. Əlavə olaraq, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

Bu günə qədər bot, on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2200 abunəçisi var.

"TABIB bot" ilə dialoqa başlamaq üçün "Salam" yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.