Şəhərlərarası avtobuslarda YENİ qaydalar:


Digərləri 01 İyn 2020 12:21:00 144 0

Şəhərlərarası avtobuslarda YENİ qaydalar:

Şəhərlərarası sərnişindaşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər.

Son.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalar TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri ilə ictimai nəqliyyatdan istifadə ilə bağlı metodiki göstərişlər əsasında hazırlanıb:

"Qaydalara əsasən, vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maskanın və əlcəklərdən istifadə zəruri olacaq. Bu qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib, eyni zamanda DANX əməkdaşları da həmin yerlərə ezam olunublar".

N.Allahyarova qeyd edib ki, bileti olsa da belə, sərnişin bu qaydalara əməl etməzsə, o, avtobusa buraxılmayacaq:

"İlkin vaxtlarda maskasız olan sərnişinlər avtovağzallarda maska əldə edə biləcəklər. Ancaq bu, ilkin günlər üçün nəzərdə tutulub".