Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı


Digərləri 01 İyn 2020 12:23:53 138 0

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı

Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rezidenturaya qəbul imtahanı iki mərhələli keçiriləcək. İmtahanın mərhələləri arasında təxminən 10 gün fasilə veriləcək.

M.Abbaszadə qeyd edib ki, iyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçiminə başlanacaq. İxtisaslaşmaya aid jurnalın bu həftəsonuna hazır olacağı gözlənilir.