Sərhəddə toqquşma baş verdi, 20 qırğız yaralandı


Dünya 01 İyn 2020 12:11:03 157 0

Sərhəddə toqquşma baş verdi, 20 qırğız yaralandı

Qırğız Respublikasının Özbəkistanın Sox anklavı ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.

Qırğız RespublikasınınÖzbəkistan ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşma zamanı 20-dən çox qırğız xəsarət alıb.

Qeyd olunur ki, münaqişə su səbəbindən baş verib: sakinlər bulaqla bağlı razılığa gələbilməyiblər.

“Hadisədən sonra 25 yaralı şəxs Aydarken şəhərindəki ümumi təcrübə mərkəzinə gətirilib” – Qırğız Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.