“Kimin qalib, kimin məğlub olması önəmli deyil” FOTO


Şou-biznes 01 İyn 2020 11:20:00 157 0

“Kimin qalib, kimin məğlub olması önəmli deyil”  FOTO

Həyat mübarizədir. Əgər rəqibin sənə savaş elan edirsə - vacibdir ki,bu çağırışı qəbul edəsən. Və döyüşə alnı açıq - üzü ağ girəsən.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri sosial media hesabında müğənni Elnarə Xəlilova yazıb.

O, sərhədçi geyimində bölüşdüyü fotosuna bu şərhləri də əlavə edib:

"Artıq kimin qalib, kimin məğlub olması önəmli deyil. Önəmli olan rəqibinin gözünün içinə mərdi-mərdanə baxa bilməkdir. Əgər bunu etməyə özündə cürət tapırsansa, demək ki, haqlısan. Haqlı tərəf isə şübhəsiz qalibdir. Mən fəxr edirəm ki, sərhədçiyəm!".