Ağsuda 1 ton çətənə kolu yandırıldı FOTO


Kriminal 01 İyn 2020 11:31:00 212 0

Ağsuda 1 ton çətənə kolu yandırıldı  FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xaş-2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbmehdibəy kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton olan 2600 ədəd yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.