Aldadıb evinə dəvət etdiyi kişiyə bıçaq çəkdi


Digərləri 01 İyn 2020 11:42:00 158 0

Aldadıb evinə dəvət etdiyi kişiyə bıçaq çəkdi

Bakı sakininin evində quldurluq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun İ.Həbibov küçəsi, ev 50 d ünvanında yaşayan 1984-cü il təvəllüdlü Abdullayev Ruslan Kamal oğlu evinin qarşısında dayanan Bakı şəhər sakini Məmmədov Rasim Rəfail oğlunu aldadaraq evinə dəvət edib.

R.Abdullayev evində R.Məmmədovun boğazına bıçağı söykəyərək onu ölümlə hədələyib cibindəki 30 manatını alıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Allahverdiyev saxlanılıb.