Bu il ərzində ixrac əməliyyatlarında rolu olan 10 şirkətin adı açıqlanıb


İqtisadiyyat 01 İyn 2020 11:05:36 150 0

Bu il ərzində ixrac əməliyyatlarında rolu olan 10 şirkətin adı açıqlanıb

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir

Bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə düşən şirkətlərin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında qeyd edilib.

Məlumata görə, ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

“Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Land Lojistic" MMC, "Sun Food" MMC, “STDC” MMC, "Aqrovest" MMC, "Natural Fruit" MMC," "Baku Steel Company" və "P-Aqro" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “ASK Şüşə” MMC.