“Azərkosmos” ixracdan gəlirlərini 27% artırıb


İqtisadiyyat 01 İyn 2020 11:07:00 141 0

“Azərkosmos” ixracdan gəlirlərini 27% artırıb

Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 26 xarici ölkəyə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib

Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 16,6 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları vəyaxud 27,2% çoxdur.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə şirkətin xidmətlərinin idxalçısı olan ölkələrin sayı isə 18-dən 26-ya yüksəlib.

Yanvar-aprel aylarıərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Böyük Britaniya, Fransa, BƏƏ və Malayziya idxal edib.