Ekvadorda özəl telekanalın ofisində partlayış törədilib


Dünya 01 İyn 2020 11:08:27 223 0

Ekvadorda özəl telekanalın ofisində partlayış törədilib

O, ölkədə baş verən korrupsiya halları barədə məlumatlar və araşadırmalar hazırlayır.

Ekvadorun Quyakil şəhərində “Teleamazonas” özəl telekanalının mərkəzi ofisindəpartlayış törədilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

“Teleamazonas”ın Quayakildəki ofisinə partlayıcı qurğu vasitəsi ilə hücum edilib. Hadisə nəticəsində ölən və yaralananolmasa da, dağıntılar var və şirkətəmaddi ziyan dəyib.

Bu telekanal Ekvadorda populyar informasiya vasitəsi sayılır vəölkədə baş verən korrupsiya halları barədə məlumatlar, araşadırmalar hazırlayır.

“Bizi heç bir hədə yolumuzdan çəkindirə bilməz. Biz ölkədə baş verən korrupsiya hallarını araşdırmağı və bu barədə məlumatları yaymağı davam etdirəcəyik. Bu, informasiya vasitəsi hüquqi dövlətin aliliyini əsas götürərək, Ekvador cəmiyyətinə sədaqətini qoruyacaq və ifadə azadlığından istifadə edəcək”, - televiziyanın yaydığı açıqlamada bildirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Quayas əyalətin qurbenatoru Pedro Pablo Duart hücumu “zorakılıq aktı” adlandırıb: “Korrupsionerlər ədalət məhkəməsinin əlinə düşəcəklərindən qorxararaq zorakılıq aktına əl atırlar”.