Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi


Sosial 01 İyn 2020 11:15:27 142 0

Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi

“Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”

© Report — Məleykə Abbaszadə

“Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O bildiribki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: “Kimsə gecikməsin. Belə olsabinanın həyətində sosial məsafə prinsipi pozula bilər”.

DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: “Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.