Ukraynada pandemiya qurbanlarının sayı 718-ə çatdı


Dünya 01 İyn 2020 10:41:56 171 0

Ukraynada pandemiya qurbanlarının sayı 718-ə çatdı

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb

Ukraynada daha 340 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 24 012-yə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 10 nəfər artaraq 718-ə yüksəlib.

Bildirilib ki, indiyədək Ukraynada 9 690 xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 373 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.