“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”


Dünya 01 İyn 2020 10:09:00 156 0

“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, həkim-virusoloq Viktor Lariçev bildirib. 

Onun sözlərinə görə, inşaat respiratorları xüsusi materialdan hazırlanmış daha yaxşı süzgəcdən ibarətdir: "Adi tibbi maskalar tozu o qədər də tutmayır, ancaq bu respiratorlar tozun udulmasına imkan vermir". 

Lariçev əlavə edib ki, sözügedən respiratorlar virusun yayılmasını, eyni zamanda virusdan qorunmağı təmin edir: "İnşaat respiratorları danışarkən, hətta asqırarkən və ya öskürərkən nəfəsdən ayrılan virusların ətrafa yayılmasının qarşısını alır".