İranda zəlzələ olub


Dünya 01 İyn 2020 09:22:25 180 0

İranda zəlzələ olub

Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib.

İranın cənubunda yerləşən Fars əyalətinin Honc şəhərində 4,7 bal gücündə zəlzələ olub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ səhər saatlarında baş verib. Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olub, olmadığı barədə məlumat yayılmayıb.