“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb
Sosial 01 İyn 2020 09:11:39 160 0
İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.
“Report” xəbər verir ki, iddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki,“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.
Mənbə: report.az