Bakıda yaşayış binasında yanğın baş verib


Digərləri 01 İyn 2020 07:55:00 152 0

Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində, ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin 1 otağında yataq dəsti qismən və dəhlizində dolab 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.