Diridiri torpağa basdırılan körpə möcüzə nəticəsində sağ qaldı


Digərləri 01 İyn 2020 06:30:00 156 0

Diridiri torpağa basdırılan körpə möcüzə nəticəsində sağ qaldı

Hindistanda diri-diri torpağa basdırılmış körpə möcüzə nəticəsində sağ qalıb.

Son.az xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında yerləşən kəndlərin birində yerli sakinlər torpağın altından ağlayan körpə səsi eşidiblər.

Ehtiyatla torpağı qazan sakinlər oradan əl və ayaqları hərəkət edən oğlan uşağı aşkar ediblər.

Körpə dərhal xəstəxanaya çatdırılıb.

Onu müayinə edən həkimlər bildirib ki, balacanın həyatına və sağlamlığına hər hansı təhlükə yoxdur.