Norveç hökuməti gələcəkdə ölkənin dayanıqlı inkişafı naminə külək enerjisini inkişaf etdirmək niyyətindədir


Dünya 01 İyn 2020 07:07:00 139 0

Norveç hökuməti gələcəkdə ölkənin dayanıqlı inkişafı naminə külək enerjisini inkişaf etdirmək niyyətindədir

Norveç hökuməti gələcəyin dayanıqlı inkişafı yönündə yaşıl iş yerləri yaratmaq və sahibkarlıq sektoruna yardım etmək niyyətindədir.Ölkəni ekoloji təmiz enerji ilə təmin etmək istiqamətində yeni tədqiqat mərkəzi yaradılıb.

Son.az bildirir ki, bu barədə AZƏRTAC Norveç hökumətinin pres-relizinə istinadla məlumat verir.

Bundan əlavə, ölkənin Neft və Energetika Nazirliyi dənizdə istifadə olunan külək enerjisi turbinlərinin modellərinin daha da təkmilləşdirilməsi üçün layihənin həyata keçirilməsinə vəsait ayırıb.

Layihə, həmçinin təmiz enerjinin alınması üçün xüsusi mərkəz yaratmaq yolu ilə sənaye, institut və elmi dairələrdə geniş və strukturlaşdırılmış istiqamətləri müəyyənləşdirməyi nəzərdə tutur. Tədqiqat fəaliyyəti əsasən dəniz küləyi enerjisi ilə bağlı problemlərin həllinə yönəldiləcək.