Nəhəng şirkət 2 min nəfəri İŞSİZ QOYDU: "Krizislə üzüzəyik"


Dünya 01 İyn 2020 05:30:00 152 0

Nəhəng şirkət 2 min nəfəri İŞSİZ QOYDU: "Krizislə üzüzəyik"

İnternet nəhəngi "Google" koronavirus pandemiyası səbəbindən gəlirlərinin azalması üzündən bəzi addımlar atıb.

Son.az xəbər verir ki, şirkət müvəqqəti işçilərlə 2 mindən çox müqaviləni ləğv edib.

"Təsiri və müddəti bilinməyən krizislə üz-üzəyik. Bu səbəbdən işə götürmə və yeni anlaşmaların imzalanması prosesini yavaşladacağıq" - deyə, "Google"un maliyyə məsələləri üzrə direktoru Ruth Porat ötən ay açıqlama vermişdi.

Bildirək ki, "Google"un Dünyada 123 min işçisi, 130 min müqavilə ilə çalışan podratçısı var.