Həbsdən yayınmaq üçün özünə od vurdu


Dünya 01 İyn 2020 02:30:00 148 0

Həbsdən yayınmaq üçün özünə od vurdu

Türkiyənin Çankırı şəhərində 50 yaşlı kişi onu həbs etməyə gələn polislərin qarşısında özünü yandırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Özcan K. adlı şəxs bu yolla həbsdən yayınmaq istəyib.

İnsident vaxtı onun yaxınları da hadisə yerində olub.

Benzini üstünə tökərək, özünü yandıran şəxsi Çankırı şəhər xəstəxanasına çatdırıblar.