"Dünyanın ən gözəl qızı" 19 yaşında FOTO


Digərləri 01 İyn 2020 01:30:00 351 0

"Dünyanın ən gözəl qızı" 19 yaşında  FOTO

2007-ci ildə 6 yaşında ikən "Dünyanın ən gözəl qızı" seçilən Tilan Blondenin yeni görüntüləri yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqramda 3,5 milyon izləyicisi olan Tilan pandemiya dövründə Parisdəki evində çəkilmiş fotolarını paylaşıb. Model olaraq tanınan və öz markasını da yaradan Blonde bu yaxınlarda 19 yaşını qeyd edib.

Xatırladaq ki, T.Blonde 2018-ci ildə də "İlin ən gözəl siması" tituluna layiq görülüb. O, dizayner Veronika Loubri ilə fransalı futbolçu Patrik Blondenin qızıdır.

Tilan  "L'Officiel", "Vogue" kimi məşhur jurnalların üz qabığında da çəkilib.