Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 117 mindən çox artıb


Dünya 31 May 2020 23:53:00 119 0

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 117 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı sutkada 117 mindən çox artaraq 5,9 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 367 mini keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Mayın 31-də saat 12:00-a olan vəziyyətə görə, dünyada 5 934 936 yoluxma və 367 166 ölüm halı qeydə alınıb.Sutka ərzində daha 117 551 nəfər koronavirusa yoluxub, 4 461 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 743 793 nəfər. Sutka ərzində həmin göstərici 66 293 nəfər artıb, ölənlərin sayı isə 3 094 nəfər artaraq 157 702 nəfərə çatıb.

Avropada ümumilikdə 2 142 547 yoluxma və 180 085 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 20 197, ölənlərin sayı isə 732 nəfər artb.