Ruzinin artmasına təsir qoyan əməllər


Digərləri 31 May 2020 23:55:00 203 0

Ruzinin artmasına təsir qoyan əməllər

Ruzini verən Allahdır və hər kəs onun qismətinə düşmən ruzini yeyər. Dinimiz buyurur ki, bəzi əməllər vardır ki, ruzini artırır və bərəkətli edir. O, əməlləri yerinə yetirsəniz, ruziniz artar. Çünki ruzi iki cürdür. Biri - sizin dalınızca qaçan ruzidir. Biri isə sizin onun dalınca qaçdığınız ruzidir.

Bu əməllərə diqqət edək.

1. İmam Sadiq (ə) buyurur: "Başqalarına yaxşılıq etmək ruzini artırar".

2. İmam Sadiq (ə) buyurur: "Gözəl əxlaq, ruzini artırar".

3. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, başqasına yeyəcək verər - ruzi ona tərəf tez gələr".

4. İmam Əli (ə) buyurur: "Allah yolunda qardaşlıq etmək - ruzinin artma mənbəyidir".

5. İmam Əli (ə) buyurur: "Əmanətdarlıq, ruzinin artmasına bais olar".