Ukraynada yeni artilleriya gəmisini sınaqdan keçiriblər


Digərləri 31 May 2020 23:25:00 158 0

Ukraynada yeni artilleriya gəmisini sınaqdan keçiriblər

Ukrayna Hərbi hava Qüvvələrinin (HHQ) kiçik zirehli artilleriya gəmiləri dənizdə yeni gəmilərdən birinin texniki imkanlarını sınaqdan keçirməklə bir sıra tapşırıqlar yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Milli donanmanın kiçik zirehli artilleriya gəmiləri dənizdə bir sıra tapşırıqlar yerinə yetiriblər. Yeni gəmilərdən birinin texniki imkanlarının təcrübədə sınaqdan keçirilməsi təlimin əsas mahiyyətini təşkil edib. Bundan əlavə, düşmənin hücumuna qarşı avtomatik mühafizə sisteminin yoxlanması da donanma heyətinin yerinə yetirdiyi müxtəlif tapşırıqlar sırasında olub", - deyə məlumatda bildirilir.

Gəmilərin mürəkkəb müasir avadanlıqları obyekt şüalanmaya məruz qaldıqda ekipajı və gəminin gövdəsini qorumağa imkan verir. Bu sistem öz xüsusiyyətlərinə görə təyyarələrin qorunma sistemlərini xatırladır.