Övladı ana bətnində qoruyan dualar –


Digərləri 31 May 2020 23:20:00 204 0

Övladı ana bətnində qoruyan dualar –

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Zariyat" surəsini oxuyar, ana bətnində olan uşağı siqt olmaqdan və təhlükədən qorumaq üçün təsirli olar".

Ana bətnində olan körpəni hər ayda təhlükədən qorumaq üçün əməllər vardır ki, onlara nəzər salaq. (Tebyan)

Birinci ay: Cümə axşamı və cümə günləri "Yasin" və "Saffat" surəsini oxumaq. Cümə günü səhər yeməyindən əvvəl acqarına nar yemək. Günəş çıxmazdan əvvəl hər gün iki ədəd xurmaya "Qədr" surəsini oxuyub, onu yemək.

İkinci ay: Cümə axşamı və cümə günlərində "Mulk" surəsini oxumaq. Cümə axşamı günlərində 140 dəfə və cümə günündə 100 dəfə salavatı "əccil-fərəcəhum"la birlikdə demək. Hər gün iki innaba "Tövhid" surəsini oxuyub, acqarına yemək.

Üçüncü ay: Cümə axşamı və cümə günlərində "Ali-İmran" surəsini oxumaq. Hər gün namazlardan sonra 140 dəfə salavat demək. Hər gün bir ədəd almaya "Ayətül-kürsü" oxuyub, acqarına yemək.

Dördüncü ay: Cümə axşamı və cümə günlərində "Dəhr" surəsini oxumaq. Namazlarda "Qədr surəsini oxumaq. Hər gün iki əncirə "Tin" surəsini oxumaq və acqarına yemək.

Beşinci ay: Cümə axşamı və cümə günlərində "Fəth" surəsini oxumaq. Namazlarda "Nəsr" surəsini demək. Hər gün bir ədəd yumurtaya "Həmd" surəsini oxuyub, yemək.

Altıncı ay: Cümə axşamı və cümə günlərində "Vaqiə" surəsini oxumaq. Axşam namazlarının birində "Tin" surəsini oxumaq. Hər gün bir nara "Fəth" surəsini oxuyub, acqarına yemək.