Qadının xəlq olunmasının hikməti


Digərləri 31 May 2020 22:10:00 166 0

Qadının xəlq olunmasının hikməti

Quran kişi ilə qadının yaradılışı barəsində buyurur: "Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə)torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda(Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır". ("Fatir" 11).

Bu ayə onu bəyan edir ki, kişi ilə qadının yaradılması İlahi qanunun bir hissəsidir. İnsan təbii olaraq həmişə qarşı cinsə tərəf meyil edər.

Bu hissi Allah insanın fitrətinə qoymuşdur ki, nəslini davam etdirə bilsin.

Bəs qadının yaradılmasının sirri nədədir?

1. İnsan nəslini davam etdirmək. İnsan - məxluqların ən şərəflisidir və varlıq aləmində xüsusi məqama malikdir. Allah belə iradə etmişdir ki, qadınla kişi nəslini davam etdirmək üçün bir-birinin yanında qərar tutsunlar. "Göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!". ("Şura" 11).