Türkiyədə koronavirusdan daha 25 nəfər ölüb FOTO


Dünya 31 May 2020 22:29:00 149 0

Türkiyədə koronavirusdan daha 25 nəfər ölüb  FOTO

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 25 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35600 şübhəli koronavirus testindən keçib, onlardan 839-nun  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4540 nəfər ölüb, 163942 nəfər bu infeksiyaya yoluxub, 127973 nəfəri isə müalicə olunub.