Quran oxumağın dünya və axirət faydaları


Digərləri 31 May 2020 22:40:00 237 0

Quran oxumağın dünya və axirət faydaları

Müqəddəs səma kitabı olan Qurani-Kərimin həm dünya və axirət fəzilətləri vardır ki, onlarla tanış olaq.

Dünya fəzilətləri.

1. Duanın qəbul olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Peyğəmbərdən (s) soruşurlar ki, ən yaxşı insan kimdir? Həzrət (s) buyurur: "O kəsdir ki, Quran qiraətini başlayar və onu xətm edər. Onun üçün Allah yanında qəbul olmuş duası olar"".

2. Hacəti yerinə yetər. Əmirəl-möminin (ə) buyurur: "Nə zaman sizlərdən birinizin hacəti olsa, cümə axşamı günü səhər tezdən evdən çıxsın və evdən çıxan zaman "Ali-İmran" surəsinin axırıncı ayəsini, "Ayətül-kürüsü"nü, "Qədr" və "Həmd" surəsini oxusun. Onların qiraət olunmasında dünya və axirət hacətlərinin yerinə yetməsi vardır".

3. Ruzinin artması. Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran tilavəti ilə aydınlandırın və onları qəbiristan etməyin. Çünki nə zaman evlərdə çoxlu Quran oxunar, xeyir və bərəkəti çox olar".

4. Xəstəliklərin müalicəsi. Peyğəmbər (s) buyurur: "Hər kim Quran vasitəsilə şəfa istəməzsə, Allah ona şəfa verməz". (Beytutə)

5. Cismi xəstəlikləri müalicə edər. İmam Sadiq (ə) buyurur: "Hər kim "Həmd" surəsini dərdlərdən olan dərdə 7 dəfə oxuyarsa, o dərd AliMəqamlı Allahın izni ilə sakit olar".

6. Ruhi xəstəlikləri müalicə edər. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).