Ağdamda şadlıq sarayı yanıb


Digərləri 31 May 2020 21:12:00 159 0

Ağdamda şadlıq sarayı yanıb

Ağdamda şadlıq sarayında yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Şadlıq sarayının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Obyekt sahibi hadisə yerinə gələnədək yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.