“Riyaz əlsalihin” kitabı nədən bəhs edir?


Digərləri 31 May 2020 21:15:00 149 0

“Riyaz əlsalihin” kitabı nədən bəhs edir?

"Riyaz əl-salihin" (yəni əməlisaleh insanların bağçaları) əhli-sünnə məzhəbində mötəbər hədis məcmuələrindən biri sayılır. İrihəcmli hədis kitablarına nisbətən, onun həcmi daha yığcamdır. "Riyaz əl-salihin" kitabını miladi XIII əsrdə yaşamış məşhur şafii alimi İmam Nəvəvi tərtib etmişdir. Nəvəvi hədis elmində böyük nüfuza malik idi, bütün ömrünü elmə həsr etmiş, hətta ailə qurmamışdı. "Riyaz əl-salihin" əsasən əxlaq mövzularını ehtiva edən 1900-a yaxın hədisdən ibarətdir. Nəvəvinin bunda başqa 40 hədisdən ibarət "Ərbəin" kitabçası və "Səhihi-Müslim"ə şərhi də vardır.