Həccac kim idi və niyə onun adı zalımlıq rəmzi kimi çəkilir?


Digərləri 31 May 2020 20:45:00 250 0

Həccac kim idi və niyə onun adı zalımlıq rəmzi kimi çəkilir?

Həccac ibn Yusif Səqəfi ən qəddar və ən zalım insanlardan biri kimi tanınır. O, 20 il müddətində Hicaz və İraq torpaqlarının valisi olmuşdu. Onun divan tutduğu əsas təbəqəni Əhli-beyt tərəfdarları təşkil edirdilər. Tarix kitablarında yazılıb ki, Həccac valilik etdiyi 20 il ərzində 120 min və ya 130 min insanı qətlə yetirmişdi.

Həccac ölərkən, zindanında kişili-qadınlı 50 min məhbus var imiş. Bunların böyük əksəriyyətini Əhli-beytə rəğbət bəsləyənlər təşkil edirdilər. İmam Mühəmməd Baqir (ə) buyururdu ki, Həccacın gözündə bir nəfərə "Əli tərəfdarı" deyilməkdənsə, "zındıq" və ya "kafir" deyilməsi daha yaxşı idi.

Həccac insanlara işgəncə verməkdən həzz alır, qətl törətməyi özü üçün vacib gündəlik iş sayırdı. Əhli-beyt dostları Qənbər, Kümeyl, Səid ibn Cübeyr və b. Həccacın əmri ilə qətlə yetirilmişlər.