“Cümə” surəsi möminlər üçün müjdədir


Digərləri 31 May 2020 20:40:00 185 0

“Cümə” surəsi möminlər üçün müjdədir

"Cümə" surəsi müqəddəs Quranın 62-ci surəsidir, 11 ayəsi vardır və Mədənidir (Mədinədə nazil olub). Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: "Hər kim "Cümə" surəsini qiraət edərsə, Allah cümə namazında iştirak edənlərin on bərabərinin və həmçinin o kəslərin ki, müsəlman şəhərlərində cümə namazına getmirlər, onların sayı qədər ona həsənə əta edər". (Tebyan)

İmam Sadiq (ə) buyurur: "Hər kim bu surəni cümə gecəsində oxuyarsa, iki cümə arasında günahların kəffarəsi olar".

İmam Baqir (ə) buyurur: ""Cümə" və "Münafiqun" surələrini oxuyun, çünki bu iki surəni cümə gününün səhəri, zöhrü və əsri oxumaq sünnətdəndir".

İmam Sadiq (ə) buyurur: "Hər bir möminə lazım və layiqlidir ki, əgər bizim davamçımızdırsa, "Cümə" və "Əla" surələrini cümə gecəsində oxusun və cümə gününün zöhründə "Cümə" və "Münafiqun" surəsini oxusun. Hər kim belə edərsə, ona bənzəyir ki, Allah peyğəmbərinin əməli kimi əməl etmişdir. İşlərinin savabı ancaq behiştdir".

İmam Baqir (ə) buyurur: "Allah "Cümə" surəsinin vasitəsilə möminləri əziz tutmuşdur. Allah Rəsulu (s) "Cümə" surəsini möminlər üçün müjdə və "Munafiqun" surəsini isə münafiqlər üçün qınama qərar vermişdir. Ona görə də bu iki surəni oxumağı cümə namazında tərk etməyin".