Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir


Digərləri 31 May 2020 20:02:00 177 0

Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir

Bu ilin əvvəlindən Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac edilib.

Son.az bildirir ki, bunu Trend-ə "Azərbayca Sənaye Korporasiyası"nın Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyadan müəyyən təkliflər var və gələcəkdə bu istiqamətdə pambıq ixracı planlaşdırılır.

Direktor bildirib ki, bu günədək Türkiyəyə 10 354 ton pambıq lifi ixrac edilib. 2019-cu il ərzində Türkiyəyə pambıq ixracından əldə edilən gəlir 13 955 371 dollara bərabər olub:

"Bu il ting əkini ləngiyib və aprelin 15-də başlayıb. Bunun səbəbi soyuq və yağışlı hava ilə əlaqədar torpaqda zəruri temperaturun olmaması olub. Əkin mayın 25-də 29 min hektar torpağın 28 035 min hektarında, yəni nəzərdə tutulan sahənin 96,7 faizində başa çatdırılıb".

İ.Bayramov qeyd edib ki, bu il 650 hektar sahə yeni texnologiya və üsullarla, xüsusilə ikisıralı və damcı suvarma üsulu ilə əkilib: