Nərimanov rayonunda ana və azyaşlı övladını maşın vurdu


Digərləri 31 May 2020 20:19:00 148 0

Nərimanov rayonunda ana və azyaşlı övladını maşın vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.