İranda yeniyetmə qız namus cinayətinin qurbanı olub FOTO


Dünya 31 May 2020 19:18:00 187 0

İranda yeniyetmə qız namus cinayətinin qurbanı olub  FOTO

İranın Talış bölgəsində 14 yaşlı Romina Əşrəfi adlı yeniyetmə qızın namus qətlinə qurban getməsi və atası tərəfindən vəhşicə öldürülməsi İran toplumunda böyük reaksiya və hiddətə səbəb olub.

Hadisə sosial media istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub. Ölkə prezidenti Həsən Ruhani də məsələ ilə bağlı münasibət bildirib və bu qətli böyük bir cinayət kimi qınayıb.

Bu hadisədən sonra, İran prezidentinin Qadın və Ailə İşləri üzrə müavini Məsumə Ebtekar, prezident Həsən Ruhaninin sərəncamı ilə 7 ildən çoxdur gözlədilən qadın təhlükəsizliyi qanun layihəsinin yenidən nəzərdən keçiriləcəyini söyləyib.

İran polisinin verdiyi məlumata görə, yeniyetmə Rominanın atası polisə müraciət edərək qızının evdən qaçırıldığınını bildirib. Lakin polisin apardığı istintaq nəticəsində qızın özünün 29 yaşında evlənmək istədiyi bir kişi ilə qaçdığı ortaya çıxıb. Polis qızı atasına təslim edib, atası isə qızı yuxuda ikən onu vəhşicəsinə qətlə yetirib.

Rəsmi statikalara əsasən, İranda hər il 400 dən çox namus qətli baş verir.

Belə ki, İran baş verən bütün qətl cinayətlərinin 18 faizi namus və şərəf səbəbilə törədilən cinayətlər təşkil edir. İranda namus qətllərinə ən çox Xuzistan, Fars və Kürdüstan, Luristan və Şərqi Azərbaycan vilayətlərində baş verir.

Sosioloq və hüquqşünasların sözlərinə görə, bu cür cinayətlərə səbəb olan amillərdən biri İran qanunlarında qadınlarla əlaqəli ziddiyyətli qaydaların mövcud olmasıdır. İran qanunlarına əsasən, 13 yaşından yuxarı qız atasanın icazəsi ilə evləndirilə bilər. Lakin eyni qanunlara görə, bir qızın sevgilisinin olması və ya qarşı cinslə hər hansı normal əlaqə qurması belə qadağandır.

İran parlamenti 2018-ci ilin sentyabrında ölkədəki evlilik qanunlarına düzəliş etmək məqsədi daşıyan qanun layihəsini təsdiqləməyi nəzərdən keçirirdi. Parlament qızlar üçün minimum nikah yaşını 16, oğlanlar üçün isə 18 yaş olaraq təyin etmək istəyirdi. Lakin hakimiyyətdəki digər güvvələrindən gələn basqılar nəticəsində parlament bu dəyişiklikləri təsdiq edə bilmədi.